Modern.az

Rusiyadan 34 nəfərin öldüyü hücumla bağlı AÇIQLAMA

Rusiyadan 34 nəfərin öldüyü hücumla bağlı AÇIQLAMA

Dünya

14 Aprel 2025, 15:56

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Sumı şəhərinə hücum etdiyini təsdiqləyib.

Modern.az-ın məlumatına görə, Nazirlik hücumun iki “İsgəndər-M” raketi ilə həyata keçirildiyini bildirib.

Rusiya Müdafiə Nazirliyi zərbənin hədəfi kimi Ukrayna Silahlı Qüvvələrinin operativ-taktiki qrupunun komanda qərargahının iclasının keçirildiyi yeri göstərib. Nazirlik 60-dan çox Ukrayna əsgərinin öldürüldüyünü iddia edib.

Bəyanatda vurğulanır ki, zərbə “Ukrayna Silahlı Qüvvələri tərəfindən xaricdə istehsal olunan elektron müharibə və hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə fəal əks-hücum şəraitində” həyata keçirilib.

Qeyd edək ki, bazar günü Ukrayna hərbçiləri Sumıya iki “İsgəndər-M” raketinin atıldığını bildiriblər.

Hücum nəticəsində ikisi uşaq olmaqla 34 nəfər həlak olub, 100-dən çox mülki şəxs yaralanıb.

Kremlin sözçüsü Dmitri Peskov da Rusiya hərbçilərinin yalnız hərbi və yaxın hərbi obyektlərə zərbələr endirdiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə