Modern.az

Zəlzələ sonrası insanlar küçələrə axın edir

Zəlzələ sonrası insanlar küçələrə axın edir

Dünya

23 Aprel 2025, 15:12

İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra insanlar küçələrə axışıb.

Modern.az -ın məlumatına görə, episentri Mərmərə dənizi və İstanbulun Silivri bölgəsində olan 6,2 bal gücündə zəlzələ İstanbul ilə yanaşı, ətraf vilayətlərdə də hiss olunub.

Zəlzələdən sonra bütün şəhərdə vətəndaşlar küçələrə axın edib. Onlar parklara, açıq ərazilərə toplaşıblar.

İstanbul Hava Limanında sərnişinlər və işçilər də panika içində çölə çıxıblar.

Taksim meydanındakı otel və iş yerlərində çalışan işçilər zəlzələdən sonra bayırda gözləməyə başlayıblar.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə