Modern.az

Zəlzələdə 240-a yaxın insan yaralanıb

Zəlzələdə 240-a yaxın insan yaralanıb

Dünya

23 Aprel 2025, 21:41

İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu AFAD operativ qərargahında məlumat verib.

 

Onun sözlərinə görə, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib:

 

“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə