Modern.az

Hakan Fidandan PKK-nın ləğvinə REAKSİYA

Hakan Fidandan PKK-nın ləğvinə REAKSİYA

12 May 2025, 17:04

Türkiyənin xarici işlər naziri Hakan Fidan PKK terror təşkilatının özünü buraxması və silahlı fəaliyyətini dayandırması ilə bağlı xəbərlərə münasibət bildirib.

Modern.az xəbər verir ki, o, Ankarada Türkiyə, Livan və Suriya xarici işlər nazirlərinin üçtərəfli görüşünün yekunlarına dair brifinqdə çıxış edərək əmin edib ki, Ankara “terror təşkilatının özünü ləğv etməsi ilə bağlı bəyanatından sonra əməli addımları izləyəcək”.

Türkiyə diplomatiyasının rəhbəri PKK terrorçularının fəaliyyətinin dayandırılması qərarını “bölgədə uzunmüddətli sülh və sabitlik yolunda tarixi və mühüm addım” adlandırıb.

Bu qərar “səmimiyyətlə həyata keçirilərsə” gələcəyimizə, vətəndaşlarımızın gələcəyinə çox müsbət təsir göstərəcək”, - deyə türkiyəli nazir bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə