Modern.az

Makronun 40 min avroluq heykəli oğurlandı

Makronun 40 min avroluq heykəli oğurlandı

Dünya

2 İyun 2025, 20:12

Fransa prezidenti Emmanuel Makronun mumdan hazırlanmış heykəli Parisdəki Qrevin muzeyindən oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Franceinfo” radiosu mənbəyə istinadən məlumat yayıb.

 

Bildirilib ki, iki qadın və bir kişi muzey işçisi kimi geyinərək heykəli yanğın nərdivanından keçiriblər.

 

Daha sonra naməlum şəxs muzeylə əlaqə saxlayıb və fiquru götürdüklərini bildirib. Özünü “Greenpeace” beynəlxalq ətraf mühit təşkilatının üzvü kimi təqdim edən şəxs barədə dərhal polisə məlumat verilib.

 

Qeyd edək ki, mum fiqurun dəyəri 40 min avro təşkil edir.

Sizə yeni x var
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır