Modern.az

İranın hücumu simvolik imiş 

İranın hücumu simvolik imiş 

Dünya

23 İyun 2025, 22:59

İran ABŞ-ın Qətərdəki Əl-Üdeyd aviabazasına raket hücumunu Qətər rəsmiləri ilə koordinasiya edib və itkiləri minimuma endirmək üçün qabaqcadan xəbərdarlıq edib.

 

Modern.az xəbər verir ki, bu barədə “New York Times” planlarla tanış olan üç İran rəsmisinə istinadla məlumat yayıb.

 

Rəsmilər bildiriblər ki, İran simvolik olaraq ABŞ-a cavab zərbəsi endirib.

 

Qeyd edək ki, 22 iyunda ABŞ-ın İrandakı nüvə obyektlərinə zərbələrinə cavab olaraq bu gün Amerikanın Qətər, İraq və digər Yaxın Şərq ölkələrindəki bazalarına hücum edib. Hücumum artıq başa çatması ilə bağlı SEPAH bəyanat yayıb.

 

Hücum zamanı hər hansı dağıntı və tələfatla bağlı məlumat yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat