Modern.az

“Mossad”ın üç casusu edam edildi

“Mossad”ın üç casusu edam edildi

Dünya

25 İyun 2025, 11:18

İsraillə əlaqəsi olan üç nəfər terror məqsədləri üçün İrana qaçaqmal yolu ilə avadanlıq gətirməkdə təqsirli bilinərək, bu gün səhər Urmiya zindanında edam edilib.

Modern.az xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb. 

Onlar siyasi qətllə məşğul olmaq ittihamı ilə suçlanırdı.

Ali Məhkəmənin çıxardığı qərardan sonra İdris Əli, Azad Şucai və Rəsul Əhməd bu gün səhər dar ağacından asılıb.

Dosyedəki sənədlərə görə, sözügedən şəxslər “Mossad” agenti ilə əlaqə qurub, sui-qəsd məqsədilə istifadə olunan avadanlıqları qaçaqmalçılıq yolu ilə İrana keçiriblər.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat