Modern.az

Paşinyanla Makron telefonla danışdılar

Paşinyanla Makron telefonla danışdılar

29 İyun 2025, 17:08

Fransa prezidenti Emmanuel Makron və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Emmanuel Makron özünün "X" hesabında paylaşım edib.

 

“Mənim Ermənistanın Baş naziri ilə çox yaxşı telefon danışığım oldu. Demokratiyanın zədələnməsi üçün göstərilən cəhdlər müqabilində Fransanın Ermənistanla həmrəy olduğunu ifadə etdim. O cümlədən, Paşinyanın Azərbaycanla sülh və Türkiyə ilə normallaşma üçün göstərdiyi cəsarətli səyləri dəstəklədiyimizi də vurğuladım. Sülh və açıq sərhədlər bütün region üçün önəmli bir hadisədir və regiondan kənar ölkələr üçün də bir nümunədir”- Fransa prezidenti paylaşımında qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat