Modern.az

Rusiyada sərhəddə əməliyyat keçirdi: azərbaycanlı tutuldu - GÖRÜNTÜLƏR

Rusiyada sərhəddə əməliyyat keçirdi: azərbaycanlı tutuldu - GÖRÜNTÜLƏR

Dünya

21 Avqust 2025, 17:21

Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Azərbaycanla sərhəddə əməliyyat keçirib.

Modern.az-ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, əməliyyat zamanı 1989-cu il təvəllüdlü Rufullayev Yadulla Ramiz oğlu Rusiya-Azərbaycan dövlət sərhədinin “Yaraq-Kazmalyar” sərhəd-keçid məntəqəsindən keçərkən saxlanılıb. 

O, Ukrayna Təhlükəsizlik Xidmətinə işləməkdə ittiham olunur.

Rusiya mətbuatının iddiasına görə, Yadulla Rusiya Hərbi-Sənaye Kompleksinin (MİK) əməkdaşından oğurlanmış məxfi sənədləri Ukraynaya göndərmək üçün qaçırırmış.

İddia edilir ki, Rufullayevin qardaşı Ukrayna Təhlükəsizlik Xidməti əməkdaşı olub. O, qardaşının göstərişi ilə sənədləri və mobil telefonu sonradan Ukraynaya çatdırmaq üçün Kurqan vilayətində gizləndiyi yerdən götürüb.

Faktla bağlı FTX-nin Dağıstan üzrə İstintaq İdarəsi Rusiya Federasiyası Cinayət Məcəlləsinin 276.1-ci ("Rusiya Federasiyasının təhlükəsizliyinə bilə-bilə qarşı yönəlmiş fəaliyyətdə düşmənə kömək göstərmə") maddəsi ilə cinayət işi açıb. Bu maddə ilə cəza 15 ilə qədər həbsdir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat