Modern.az

G7 nazirləri onlayn TOPLANIR

G7 nazirləri onlayn TOPLANIR

Dünya

24 Avqust 2025, 17:04

G7-nin xarici işlər nazirləri avqustun 24-də Ukraynanın Müstəqillik Günündə onlayn görüş keçirəcək.

 

Modern.az-ın xəbərinə görə, bu barədə İtaliya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Nazirliyin rəhbəri Antonio Tayani sülh və suverenliyə hörmət yolunda Ukraynaya hərtərəfli dəstəyi təsdiqləyib. O, həmçinin İtaliya Xarici İşlər Nazirliyinin fasadının Ukrayna bayrağının rənglərində işıqlandırılmasını tapşırıb.

 

Bildirilir ki, nazir “Böyük Yeddiliy”ə sədrlik edən Kanadanın çağırdığı virtual G7 toplantısında iştirak edəcək.

 

G7 ölkələri liderlərin avqustun 18-də Vaşinqtonda keçirilmiş görüşünün nəticələrini yekunlaşdıracaq və Ukraynada sülhün bərqərar olması perspektivlərini müzakirə edəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat