Modern.az

Minlərlə insan Baş nazirin Putinlə görüşünə etiraz etdi

Minlərlə insan Baş nazirin Putinlə görüşünə etiraz etdi

Dünya

12 Sentyabr 2025, 08:23

Slovakiyanın paytaxtı Bratislavada minlərlə insan hökumət əleyhinə aksiyaya çıxıb.

Modern.az-ın məlumatına görə, nümayişçilər Baş nazir Robert Fikonun Çinə səfəri və orada Rusiya Prezidenti Vladimir Putinlə görüşünə etiraz ediblər.

Robert Fiko Çində Vladimir Putinlə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri üçüncü dəfə görüşüb və Pekində keçirilən hərbi paradda iştirak edən yeganə Avropa lideri olub. Bu fakt ölkə daxilində narazılığı daha da artırıb.

Bratislavanın mərkəzi meydanına toplaşan etirazçılar “Pozor, pozor” (“Ayıb olsun”) kimi şüarlar səsləndiriblər. Aksiya iştirakçıları həmçinin hökumətin elan etdiyi sərt iqtisadi islahatlara, büdcə ixtisarlarına və Avropa İttifaqı vəsaitlərindən sui-istifadə hallarına etirazlarını bildiriblər.

Gələn həftə Bratislavada iri müxalifət partiyası olan liberal “Proqressiv Slovakiya”nın da ayrıca mitinq keçirəcəyi gözlənilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir