Modern.az

Donald Tusk adaşına cavab verdi

Donald Tusk adaşına cavab verdi

Dünya

12 Sentyabr 2025, 13:54

Polşanın Baş naziri Donald Tusk ABŞ Prezidenti Donald Trampın “Rusiyanın dronlarının Polşaya girməsi səhvən ola bilər” fikrinə münasibət bildirib.

Modern.az xəbər verir ki, Tusk barədə "X" sosial şəbəkəsində yazıb.

“Biz də istəyərdik ki, bu hücum səhvən olsun. Amma belə deyil”, - o qeyd edib.

Baş nazir bildirib ki, hadisə qəsdən edilib və Varşava məsələni ciddi şəkildə izləyir.

Polşanın baş nazir müavini və rəqəmsal transformasiya naziri Kşiştof Qavkovski isə hadisənin planlaşdırılmış hücum olduğunu vurğulayıb: “Rusiyanın Polşaya hücumu qəsdən həyata keçirilib. Bunu təsdiqləyən faktlarımız və sübutlarımız var. Bu, dezinformasiya kampaniyası ilə koordinasiya olunmuş planlı təxribat idi.”

Nazirin sözlərinə görə, bu mövqedən kənara çıxmaq Rusiyanın narrativinə xidmət edir və onun informasiya müharibəsində üstünlüyünə şərait yaradır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə