Məşhur amerikalı yazıçı Dan Braun oxuculara yeni macəra romanını təqdim edib.
Modern.az xəbər verir ki, "Sirlərin sirri" (“The Secret of Secrets”) adlı roman 688 səhifədir.
Əsər “Da Vinçi Kodu” və “Mələklər və iblislər” kimi bestsellerlərin növbəti seriyası hesab olunur.
Romanın qəhrəmanı, dünyaca tanınmış simvollar üzrə alim Robert Lanqdon bu dəfə Praqada baş verən müəmmalı hadisələrin mərkəzinə düşür. O, sevgilisini itirir, yeni düşmənlə üz-üzə qalır və təhlükəli təqiblərdən qaçaraq şəhərin küçələrində sirli tapmacaları həll edir.
Əsərdə qədim mətnlərdən sitatlar, Praqanın tarixi məkanlarının təsviri və şifrələr, gizli simvollar və gərgin süjet xətti diqqət çəkir.