Modern.az

Trampla Si Cinpin arasında telefon danışığı 

Trampla Si Cinpin arasında telefon danışığı 

Dünya

19 Sentyabr 2025, 16:50

Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Trampın telefon danışığı olub.

Modern.az xəbər verir ki, bu barədə Çinin rəsmi mediası məlumat yayıb. Telefon danışığının detalları barədə hələlik açıqlama yoxdur.

Bu, Si Cinpin və Donald Trampın cari ildə 2-ci telefon danışığıdır.

Qeyd edək ki, Donald Tramp 2-ci dəfə prezident vəzifəsinin icrasına başlayandan sonra iki ölkə arasında ticarət məsələlərində gərginlik yaranıb. Ötən müddətdə bir neçə dəfə yüksək səviyyədə danışıqlar keçirilsə də, yekun nəticə əldə edilməyib. Güman olunur ki, budəfəki telefon danışığında da əsas müzakirə mövzusu ticarət və rüsum məsələsidir.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?