Modern.az

Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq

Avropa İttifaqı Ermənistana 200 milyon avro vəsait ayıracaq

Dünya

19 Sentyabr 2025, 18:00

Avropa İttifaqı Ermənistana 200 milyon avrodan çox vəsait ayıracaq.

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kos İrəvanda Baş nazirin müavini Mqer Qriqoryanla birgə mətbuata açıqlamasında deyib.

“Ermənistan üçün Dayanıqlılıq və İnkişaf Proqramının ikinci mərhələsi üçün maliyyə təmin etdiyimizi elan etməkdən böyük şərəf duyuram. Bu, 200 milyon avrodan artıqdır ki, bu da əlaqə, dayanıqlılıq və biznesin inkişafına sərmayələri artıracaq”, - Aİ komissarı vurğulayıb.

Aİ komissarı qeyd edib ki, 2021-ci ildən Ermənistan üçün 2,5 milyard avrodan çox investisiya səfərbər edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?