Modern.az

Simonyan Bakıya gəldi

Simonyan Bakıya gəldi

Dünya

19 Sentyabr 2025, 20:50

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti Bakıya gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

 

Qeyd olunur ki, Andranik Simonyanı gətirən təyyarə bir neçə dəqiqə əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib. İrəvandan uçuş 50 dəqiqə davam edib.

 

Bundan əvvəl Simonyanın Bakıda keçiriləcək 3-cü Beynəlxalq Təhlükəsizlik Forumunda iştirak edəcəyi barədə məlumat verilmişdi. Onun səfəri 3 günlükdür və sentyabrın 21-dək davam edəcək.

Whatsapp
Bizə yazın!
Keçid et
Təcili Deputatlar istefa verdi - Xəbəriniz Var?