Belarus Prezidenti Aleksandr Lukaşenko tez-tez gördüyü yuxudan danışıb.
Modern.az xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat xidmətinin “Pervogo” teleqram kanalı məlumat yayıb.
O, sentyabrın 27-də Moqilyov vilayətinin Şklov rayonuna işgüzar səfər edib və burada yerləşən “ASB-Agro Gorodeç” müəssisəsini ziyarət edib. Qeyd edək ki, Lukaşenko 1980-ci illərin sonunda məhz bu sovxozun direktoru olub.
“Niyə gəldiyimi açıq desəm, bu yeri mən daim yuxuda görürəm. Həmişə görürəm ki, yenidən “Gorodeç”də işləyirəm. Yuxuda fikirləşirəm: niyə kimdənsə nəsə istəyirəm, axı mən prezidentəm. “Gorodeç” məni tərk etmir. Ona görə də düşündüm ki, bura mütləq gəlməliyəm”, – Lukaşenko bildirib.
O əlavə edib ki, 2024-cü və 2025-ci ilin ilk yarısında bu təsərrüfata baş çəkmək imkan tapmayıb.