Modern.az

Rus idmançıların paxlava sevgisi

Rus idmançıların paxlava sevgisi

Dünya

27 Sentyabr 2025, 18:39

Qəbələdə keçirilən MDB ölkələrinin Oyunlarında iştirak edən Rusiya stolüstü tennisçiləri Yekaterina Drozdova və Amina İlimbetova Azərbaycan mətbəxindən, xüsusilə də paxlavadan heyranlıqla danışıblar.

Modern.az xəbər verir ki, idmançılar TASS-a açıqlamalarında yarışların yüksək səviyyədə təşkil olunduğunu, qidalanmanın isə onların gözləntilərini üstələdiyini bildiriblər.

“Hər şey çox dadlıdır, burada əla qidalanırıq. Azərbaycan paxlavasına isə sadəcə vurulmuşuq”, - deyə Yekaterina Drozdova qeyd edib.

Amina İlimbetova isə əlavə edib ki, şirniyyata olan sevgiləri məşqlərdəki intensiv yüklənmələrə mane olmur:

“Çox çalışırıq, ona görə paxlavanı çəkinmədən yeyə bilirik”.

Qeyd edək ki, Qəbələ hazırda MDB ölkələrinin Oyunlarına ev sahibliyi edir və müxtəlif idman növlərində gənc idmançıları bir araya gətirir.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?