Polşanın Şopen adına Varşava beynəlxalq hava limanı bütün istiqamətlər üzrə uçuşları dayandırıb.
Modern.az-ın məlumatına görə, uçuşların sentyabrın 27-dən 29-a qədər dayandırıldığı bildirilir.
Rəsmi olaraq səbəb hələ açıqlamır.
Qeyd edək ki, sentyabrda 3 dəfə Polşa ərazisinə hava hücumları olub. Bundan sonra Rusiya və NATO ölkələri bir-birlərini sərt hava zərbələri ilə hədələyiblər.