Modern.az

Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı

Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı

Dünya

2 Oktyabr 2025, 19:27

Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kopenhagendə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə enerji əməkdaşlığı məsələlərini müzakirə etdiklərini açıqlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə o, "X" sosial media platformasında yazıb.

 

"Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüm oldu. Ukraynanın suverenliyi və ərazi bütövlüyünə prinsipial və ardıcıl dəstəyinə görə ona təşəkkür etdim. Biz Ukraynada ədalətli sülhün əldə olunması üçün diplomatik səyləri, eləcə də enerji sahəsində əməkdaşlıq məsələlərini müzakirə etdik", - o vurğulayıb.

 

O, liderlərin gələcək təmaslar barədə razılığa gəldiyini bildirib.

 

"Azərbaycana göstərdiyi dəstəyə görə minnətdaram", - Ukrayna Prezidenti qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ