Modern.az

Ukrayna 185 hərbçini Rusiyaya verdi

Ukrayna 185 hərbçini Rusiyaya verdi

Dünya

2 Oktyabr 2025, 19:38

Rusiya Ukraynadan 185 hərbçisini və 20 mülki vətəndaşını geri qaytarıb. Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 185 hərbi əsiri qarşı tərəfə təhvil verilib.

 

Modern.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi mübadilənin cari ilin 23 iyulunda İstanbulda əldə olunmuş Rusiya–Ukrayna razılaşmaları əsasında həyata keçirildiyini bildirib.

 

Geri qaytarılan Rusiya hərbçiləri və mülki şəxslər hazırda Belarus ərazisindədir, onlara zəruri tibbi və psixoloji yardım göstərilir. Onların yaxın vaxtlarda Rusiyaya gətirilmələri, xüsusi ixtisaslaşdırılmış tibb müəssisələrində müalicə və reabilitasiya kursu keçmələri nəzərdə tutulur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Ermənistanın KTMT-dən çıxdığını ELAN ETDİ