Modern.az

Ersin Tatar Azərbaycana GƏLİR

Ersin Tatar Azərbaycana GƏLİR

Dünya

3 Oktyabr 2025, 16:19

6-7 oktyabr tarixlərində Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı keçiriləcək. 

TDT-nin rəsmi vebsaytında 12-ci Zirvə Toplantısının Qəbələdə keçiriləcəyi bildirilib. Sammit regional sülh və təhlükəsizliyə həsr olunub.

Modern.az-ın Şimali Kipr Türk Respublikasının (ŞKTR) rəsmi mənbələrindən əldə etdiyi məlumata görə, ŞKTR Prezidenti Ersin Tatar da sammitdə iştirak edəcək.

Qeyd edək ki, oktyabrın 19-da Şimali Kipr Türk Respublikasında prezident seçkiləri keçiriləcək. Ersin Tatar seçkilərin favorit namizədlərindən biridir.

Liderlər zirvəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev,Qırğız Respublikasının Prezidenti Sadır Japarov,Macarıstanın Baş naziri Viktor Orban, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun da iştirakı gözlənilir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin adamını Bakıya göndərir - Kreml bu dəfə nə planlayır?