Modern.az

İlan sərxoş kişini çaldı, spirtin təsirindən öldü - Hadisə

İlan sərxoş kişini çaldı, spirtin təsirindən öldü - Hadisə

Dünya

7 Oktyabr 2025, 08:57

Xorvatiyada qeyri-adi hadisə baş verib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, gürzə ilanı sərxoş kişini dişləyib və onun qanında olan spirtdən ölüb.

Hadisə 42 yaşlı Ştef Raduliçin başına gəlib. O, işgüzar görüşdən sonra bir az gəzmək qərarına gəlib. Gəzindi zamanı təsadüfən qarşısına çıxan gürzəyə çox yaxınlaşıb və ilan təhlükə hiss edərək onun ayağından dişləyib.

"Kəskin ağrı hiss etdim və dərhal anladım ki, bu, ilandır. Həkimə qaçmaq istəyirdim, amma gördüm ki, ilan məni çalandan sonra gözlərini yummağa başladı", - zərərçəkən deyib.

O, ilana yardım üçün gürzəni təcili yardıma aparmaq istəyərkən sürünən heyvan ölüb. Baytarlıq müayinəsi onun qanında spirtin miqdarının 5,1 q/kq olduğunu müəyyən edib.

"Yerli gürzələr, sadəcə olaraq, "ovlarının" qanında spirtin bu qədər konsentrasiyasına uyğunlaşmırlar" Xüsusilə də günorta saat ikidə. Bu, sadəcə olaraq, həyatla bir araya sığmır", - doktor Mate Drniç hadisəni şərh edib.

Bu arada ilan zəhərinin Ştefin özünə heç bir təsiri olmayıb. Həkimlər onun qanında olan spirtin zəhəri zərərsizləşdirdiyinə inanırlar ki, bu da onun həyatını xilas etmiş ola bilər.

"İndi mən həkimdən xahiş edirəm ki, mənə spirtli içkilərin həyatımı xilas etdiyinə dair rəsmi təsdiqlə faks göndərsin - nəhayət, həyat yoldaşımı susdursun",- deyə Ştef zarafatla qeyd edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum