Fransada “Milli Birlik” partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Pen ölkədəki siyasi vəziyyəti “sirk” adlandırıb.
Modern.az xəbər verir ki, o, bu barədə Kuron-d’Overnda səfəri zamanı danışıb.
“Mövcud vəziyyətin yeganə səbəbi prezident Emmanuel Makronun institutlara hörmət etməməsidir. O, institutlara qarşı çıxmaqla fransız xalqına qarşı çıxır. Bu, siyasətə, ölkəyə və onun beynəlxalq imicinə zərər vuran acınacaqlı və ümidsiz bir tamaşadır”, – deyə Lö Pen bildirib.
O, həmçinin parlamentin buraxılmasını və ya Makronun istefasını qaçılmaz saydığını qeyd edib:
“İstənilən hökumətə qarşı etimadsızlıq səsverməsini dəstəkləyəcəyəm. Parlamentin buraxılması artıq qaçılmazdır”.