Modern.az

Putin 3 gün Tacikistanda olacaq

Putin 3 gün Tacikistanda olacaq

Dünya

8 Oktyabr 2025, 20:16

Rusiya Prezidenti Vladimir Putin Tacikistana səfər edib.

 

Modern.az xəbər verir ki, bu barədə “Sputnik Tacikistan” öz teleqram kanalında məlumat yayıb.

 

Qeyd edək ki, Putin Tacikistanda dövlət səfərindədir və burada respublika prezidenti Emoməli Rəhmonla görüşəcək.

 

Səfər 3 gün davam edəcək.

 

Qeyd edək ki, bundan əvvəl Putinin oktyabrın 9-da Düşənbədə keçiriləcək ikinci Rusiya-Mərkəzi Asiya sammitində iştirak edəcəyi bildirilirdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan VƏHŞİLİK - Azərbaycanlılar Moskva hava limanında saxlanıldı