ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar partiyalarının təklif etdikləri layihələr üzrə hər iki səsvermə uğursuz olub.
Modern.az-ın məlumatına görə, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 52 əleyhinə səs toplayıb. Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini keçməyib.
ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.