ABŞ prezidenti Donald Trampın Qəzza zolağındakı münaqişənin həlli planı hazırda münaqişəyə son qoymaq üçün ən yaxşı həll yoludur.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Şərqə körpülər” layihəsinə müsahibəsində deyib.
"ABŞ prezidenti Donald Tramp özünün "20 bəndi"ni təklif edib ki, burada "dövlətçilik" sözünü xatırladır. Amma bütün bunlar kifayət qədər ümumi formada ifadə olunub. Elə bir kontekstdə söhbət yalnız Qəzza zolağından qalacaq parçadan gedir. Bu kontekstdə İordan çayının qərb sahilindən bəhs edilmir. Amma biz realistik. Biz başa düşürük ki, bu, hazırda masada duran ən yaxşı şeydir. Ən azından ərəblərin müqaviməti baxımından ən yaxşısı qəbul edilə bilməz. Mənm İsrail və Benyamin Netanyahunun mövqeyini məhz bu cür xarakterizə edərdim”, - deyə o bildirib.
Xatırladaq ki, Trampın sentyabrın 29-da dərc olunmuş Qəzzadakı vəziyyətin nizamlanması planı 20 bənddən ibarətdir və girovların 72 saat ərzində azad edilməsi şərti ilə dərhal atəşkəs əldə etməyi nəzərdə tutur.
Sənəddə həmçinin HƏMAS və digər Fələstin qruplarının Qəzza zolağının idarə olunmasında birbaşa və ya dolayısı ilə iştirak etməməsi təklif olunur. Nəzarət Trampın başçılıq etdiyi beynəlxalq texnokratik orqanlara keçməlidir.