Modern.az

ABŞ Qəzzaya qoşun göndərəcək?

ABŞ Qəzzaya qoşun göndərəcək?

Dünya

11 Oktyabr 2025, 19:20

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper Qəzza zolağına səfərindən sonra bəyan edib ki, Amerika hərbçiləri bölgədə yerləşdirilməyəcək.

Admiralın sözlərinə görə, ABŞ Qəzzədə sülh razılaşmalarına nəzarət məqsədilə hərbi mövcudluq planlaşdırmır.

“CENTCOM-un rəhbərliyi altında Mülki-hərbi əməkdaşlıq mərkəzinin yaradılması üzərində işləyirik. Bu mərkəz postmünaqişə dövründə sabitliyin təmininə yönələn fəaliyyəti əlaqələndirəcək. Bütün bu işlər Qəzzada Amerika hərbçilərinin iştirakı olmadan həyata keçiriləcək”, – deyə Kuper bildirib.

Modern.az xəbər verir ki, bu barədə o,  “X” sosial platformasında bildirib.

"Fox News"un məlumatına görə, admiral Kuper Qəzzadakı İsrail hərbi bazasına ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla birgə səfər edib. Səfərin məqsədi atəşkəsin şərtlərinə əməl olunmasına nəzarəti yerində qiymətləndirmək olub.

Sizə yeni x var
Keçid et
Putin Paşinyanla mübahisə etdi