Modern.az

Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq

Ordumuz bu ölkələrlə birgə təlimlərə qoşulacaq

Aktual

11 Oktyabr 2025, 18:51

Özbəkistanın Səmərqənd vilayətində keçiriləcək "Birlik - 2025" birgə regional təlimində iştirak edəcək Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu bu ölkəyə yola düşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirib.

 

Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətlərinin iştirak edəcəyi birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

 

"Birlik - 2025" birgə regional təlimi oktyabrın 21-dək davam edəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıda dəhşətli yanğın - Helikopter havaya qalxdı - Xəbəriniz Var?