Modern.az

HAMAS və İsrail girovları sabah azad edəcəklər

HAMAS və İsrail girovları sabah azad edəcəklər

Dünya

12 Oktyabr 2025, 11:38

HAMAS və İsrail girov və məhbusları sabah – oktyabrın 13-də səhər azad etməyə başlayacaq.

 

Modern.az-ın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.

 

Oktyabrın 9-da əldə olunmuş razılaşmaya əsasən, İsrail Ordusu 24 saat ərzində hərbi birləşmələrin Qəzzadan çıxarılmasını yekunlaşdırmalıdır. HAMAS isə İsrail qoşunlarının Qəzzadan çıxarılmasından 72 saat sonra israilli girovları azad etməli, meyitlərini təhvil verməlidir. İsrailli girovların 20-nin sağ olduğu bildirilir.

 

İsrail Ordusu cümə günü günortaya qədər Qəzzadan geri çəkilməni yekunlaşdırıb və 72 saatlıq müddət başlayıb.

 

İsrail 2000-ə qədər fələstinli məhbusu azad etməlidir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin Paşinyanla mübahisə etdi