Modern.az

Əfqanıstanın "intiqam əməliyyatı" başa çatdı

Əfqanıstanın "intiqam əməliyyatı" başa çatdı

Dünya

12 Oktyabr 2025, 09:43

Əfqanıstanın Müdafiə Nazirliyi Pakistana qarşı “intiqam əməliyyatı”nın başa çatdığını elan edib.

 

Modern.az xəbər verir ki, döyüşlər gecə yarısı başa çatıb. Əməliyyat Durand xətti boyunca Pakistan təhlükəsizlik qüvvələrinə qarşı tədbirləri əhatə edib.

 

Əməliyyatın keçirilməsi qərarı ölkənin hava məkanına dəfələrlə edilən müdaxilələrdən və hava hücumlarından sonra qəbul edilib. Əfqanıstan Müdafiə Nazirliyi hücumların davam edəcəyi təqdirdə əfqan qüvvələrinin cavab verəcəyini və sərhədləri qoruyacağını vurğulayıb.

Sizə yeni x var
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?