Modern.az

Zelenski Makronla əlavə silah tədarükünü müzakirə etdi

Zelenski Makronla əlavə silah tədarükünü müzakirə etdi

Dünya

12 Oktyabr 2025, 17:54

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında məlumat verib.

 

Zelenski Fransaya Ukrayna xalqının müdafiəsi üçün gördüyü işlərə görə təşəkkürünü bildirib. O həmçinin Ukraynanın prioritet ehtiyacları olan hava hücumundan müdafiə sistemləri və raketlər barədə həmkarını məlumatlandırıb.

 

"Biz digər tərəfdaşlarla təmaslarımızı və qarşıdakı həftələr üçün diplomatik addımlarımızı da koordinasiya etdik. Rusiyaya təzyiqi artırmaq üzərində işləyirik", – deyə paylaşımda qeyd olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanla mübahisə etdi