Modern.az

Prezident İlham Əliyev Misirdə səfərdədir

Prezident İlham Əliyev Misirdə səfərdədir

Aktual

12 Oktyabr 2025, 17:21

Azərbaycan Prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın və Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün oktyabrın 12-də Misirə işgüzar səfərə gəlib.

 

Modern.az xəbər verir ki, Şarm Əl-Şeyx şəhərinin beynəlxalq aeroportunda dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

Azərbaycan Prezidentini Misirin gənclər və idman naziri Əşrəf Subhi və digər rəsmi şəxslər qarşılayıb.

Sizə yeni x var
Keçid et
Rusiya şəhərlərinə dəhşətli hücum - Şok görüntülər