Modern.az

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Dünya

13 Oktyabr 2025, 00:13

Əgər ABŞ Ukraynaya uzaqmənzilli “Tomahawk” raketləri göndərərsə, bu silahlar Rusiyada yalnız hərbi obyektlərə qarşı istifadə olunacaq.

Modern.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, enerji infrastrukturu hədəflər siyahısına daxil deyil, lakin Rusiyanın enerji gəlirlərindən hərbi məqsədlər üçün istifadə etməsi həmin sektorun da dolayı şəkildə hərbi resurs sayılmasına səbəb olur:

“Ruslar enerji daşıyıcılarını satır, bu pulları orduya yatırırlar. Bizim üçün bu artıq hərbi məqsəddir. Əgər uzaqmənzilli zərbələrdən danışırıqsa, onlar yalnız hərbi obyektlərə yönələcək,” – deyə Zelenski vurğulayıb.

Jurnalistlərin “ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün kəşfiyyat məlumatı ötürürmü?” sualına isə Ukrayna lideri konkret cavab verməyib:

“Mən bütün kəşfiyyat məlumatlarını paylaşa bilmərəm. Amma bizim iki kəşfiyyat arasında çox möhkəm əməkdaşlıq var və biz bu işdən razıyıq.”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin Paşinyanla mübahisə etdi