Modern.az

BMT Qəzza sazişini alqışladı

BMT Qəzza sazişini alqışladı

Dünya

13 Oktyabr 2025, 23:41

BMT-nin Baş katibi Antonio Quterreş israilli girovlarının və fələstinli məhbusların azad edilməsi də daxil olmaqla, ABŞ prezidenti Donald Trampın təklifi əsasında Qəzzada atəşkəs rejiminin davam etdirilməsini alqışlayır.

 

Modern.azq-ın məlumatına görə, bu barədə BMT sözçüsünün bəyanatında deyilir.

 

O, Qətər, Misir, ABŞ və Türkiyə hökumətlərinə davamlı vasitəçilik səylərinə görə təşəkkür edib və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bütün girovların azad edilməsinin təhlükəsiz və humanist şəkildə həyata keçirilməsindəki rolunu vurğulayıb.

 

“Birləşmiş Millətlər Təşkilatı və tərəfdaşları Qəzzada əməliyyatları sürətlə genişləndirir. BMT agentlikləri aylarla əlaqəsi kəsilmiş ərazilərdəki icmalara yardımlar çatdırır. Baş katib bütün tərəfləri atəşkəsi möhkəmləndirməyə və onu davamlı sülhə çevirməyə çağırır”,- deyə bəyanatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən Azərbaycana RUSDİLLİ ÖLKƏ damğası