Modern.az

Tramp Ərdoğanı təriflədI: “...ehtiyacım olanda yanımda olub”

Tramp Ərdoğanı təriflədI: “...ehtiyacım olanda yanımda olub”

Dünya

13 Oktyabr 2025, 21:29

“Son zamanlar baş verən bəzi münaqişələrə baxsanız, Türkiyə Prezidenti onların həllində başda idi və o, onları qazanırdı”.

 

Modern.az -ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp Yaxın Şərq Sülh Sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı deyib.

 

Dövlət başçısının sözlərinə görə, Türkiyə dünyanın ən güclü ordularından birinə sahibdir. “Hər dəfə ona ehtiyacım olanda o, mənim yanımda olub. Mən Türkiyə Prezidenti Ərdoğana təşəkkür etmək istəyirəm. O, heç vaxt uğursuz olmur. O, heyrətamizdir. Ona görə də dostluğa görə sizə təşəkkür etmək istəyirəm”,- deyə Tramp əlavə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin kəşfiyyata təcili ƏMR VERDİ - Türkiyəni kimlər qarışdırır?