Modern.az

Tramp bu fotoya görə qəzəbləndi: “Saçımı siliblər”

Tramp bu fotoya görə qəzəbləndi: “Saçımı siliblər”

Dünya

14 Oktyabr 2025, 11:14

ABŞ Prezidenti Donald Tramp “Time” jurnalını öz fotosunu uğursuz şəkildə təqdim etdiyinə görə tənqid edib.

Modern.az xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

“Time” jurnalı mənim haqqımda kifayət qədər yaxşı məqalə yazıb, amma seçdikləri foto bəlkə də indiyə qədər olanların ən dəhşətlisidir. Onlar sanki saçımı “siliblər” və başımın üstünə balaca, qəribə bir tac qoyublar. Çox qəribə!” - deyə Tramp bildirib.

Prezident qeyd edib ki, o, heç vaxt aşağı rakursdan çəkilmiş fotoları xoşlamayıb:

“Bu şəkil sadəcə dəhşətlidir və buna sərt reaksiya vermək lazımdır. Onlar nə edirlər və niyə belə edirlər?”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putinə barmaq silkələdilər - Rusiya məhv ediləcək!