Modern.az

Avropa İttifaqının paytaxtında bütün aviareyslər ləğv olundu

Avropa İttifaqının paytaxtında bütün aviareyslər ləğv olundu

Dünya

14 Oktyabr 2025, 17:49

Belçikanın ən böyük hava limanı olan Brüssel-Şarleruada bütün reyslər ümummilli tətil səbəbindən ləğv edilib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, aeroport nümayəndələri işçi çatışmazlığı səbəbindən fəaliyyətini davam etdirə bilməyəcəklərini bildiriblər. Bundan əlavə, hökumətin qənaət planı ilə əlaqədar başlayan ümummilli tətil ictimai nəqliyyatın işini də pozub. Çərşənbə günü, oktyabrın 15-də Avropa İttifaqının paytaxtında on minlərlə insanın nümayişə qatılacağı gözlənilir.

Flamand millətçisi Bart de Vever fevral ayında baş nazir vəzifəsinə gələndən bəri Belçikada tətillər davam edir. Avropa İttifaqı qaydalarını pozan büdcə kəsiri ilə üzləşən hökumət pensiya sistemində islahatlar aparmağa çalışır və bu da həmkarlar ittifaqlarını qəzəbləndirib.

Bundan əvvəl Avropanın ən böyük aviaşirkəti olan “Lufthansa” da pilotlarının tətili ilə üzləşmişdi. Həmkarlar ittifaqı ilə mübahisə şirkətin 5000-ə yaxın işçisinə ödədiyi pensiyalarla bağlıdır.

Sizə yeni x var
Keçid et
Putin tüstüləndi - NATO bu raketləri Ukraynaya göndərir