Modern.az

Ermənistanda keşiş əməliyyatı - 6 nəfər TUTULDU

Ermənistanda keşiş əməliyyatı - 6 nəfər TUTULDU

Dünya

15 Oktyabr 2025, 12:12

Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının 6 nümayəndəsi saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə onların vəkili Ara Zöhrabyan məlumat verib.

Onun sözlərinə görə, keşiş Paren Arakelyan, yeparxiyanın daha beş ruhanisi, eləcə də bir neçə mülki şəxs hazırda Ermənistan İstintaq Komitəsi tərəfindən tutulub.

Həbsin səbəblərinin təfərrüatları rəsmi olaraq açıqlanmır.

***

11:14

Ermənistanda güc strukturları keşiş Paren Arakelyanı saxlayıb.

Modern.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Erməni Apostol Kilsəsinin informasiya xidmətinin direktoru, keşiş Esai Artenyan məlumat verib.

P.Arakelyan ağır cinayətlərin araşdırılması şöbəsinə aparılıb.

Bundan əlavə, II Qareginin qardaşı oğlu, Erməni Apostol Kilsəsinin Araqatsotn yeparxiyasının rəhbəri, yepiskop Mkrtiç Proşyanın evində axtarış aparılıb və o özü də istintaq şöbəsinə aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyev dövlət çevrilişini kimlərlə etmək istəyirmiş?