Modern.az

Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər

Bu görüş müharibənin sonunu yaxınlaşdıra bilər

Dünya

15 Oktyabr 2025, 23:45

ABŞ Prezidenti Donald Trampla oktyabrın 17-nə planlaşdırılan görüş çoxməzmunlu olacaq və Ukraynadakı müharibənin sonunu yaxınlaşdıra bilər.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski müraciətində bildirib.

 

Onun sözlərinə görə, Ukrayna Trampla gözlənilən görüşün hərbi və iqtisadi aspektlərini artıq hazırlayıb.

 

“Bu, həqiqətən də müharibənin sonunu yaxınlaşdıra bilər. Birləşmiş Ştatlar belə qlobal təsir potensialına malikdir və biz dünyada başqalarının bu səydə bizim tərəfimizdə olmasını təmin etmək üçün hər şeyi edirik”, - Zelenski bildirib.

 

Prezident əlavə edib ki, hazırda Ukraynanın Baş naziri Yuliya Sviridenko, Prezident Ofisinin rəhbəri Andrey Yermak və digər rəsmi şəxslər Vaşinqtonda səfərdədirlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Mehdiyevin Əli Kərimliylə gizli əlaqəsi - Putinin məkirli planı