İndoneziyada 6,5 maqnitudalı zəlzələ qeydə alınıb.
Modern.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Cayapura şəhərindən 211 km qərbdə, ocağı 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb.