Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki, telefon söhbəti zamanı İsrail ilə Fələstin arasında əldə edilən atəşkəsin davamlılığı və Qəzza zolağına humanitar yardımların fasiləsiz çatdırılması üçün atıla biləcək addımlar müzakirə olunub.
Dövlət rəsmiləri Şarm əl-Şeyx Sammitində imzalanmış Niyyət Bəyannaməsinin icrası ilə bağlı məsələləri dəyərləndiriblər.
Bundan əlavə, Suriyadakı vəziyyət, İranın nüvə proqramı ilə bağlı aparılan danışıqlar və Rusiya ilə Ukrayna arasındakı müharibənin gedişi barədə də fikir mübadiləsi aparılıb.