ABŞ Prezidenti Donald Tramp və ailəsi son bir il ərzində kriptovalyuta layihələrindən 1 milyard dollardan çox mənfəət əldə edib.
Modern.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) məlumat yayıb.
Qəzet yazır ki, gəlirin artımı administrasiyanın kriptosferanı stimullaşdıran siyasəti fonunda baş verib.
Məlumata görə, ailənin əsas gəlir mənbələri arasında Official Trump (TRUMP) və Official Melania Meme (MELANIA) adlı memkoinlər var. Bu iki aktivdən ümumilikdə təxminən 427 milyon dollar qazanc əldə olunub. Ən iri gəlir isə World Liberty Financial (WLFI) adlı layihədən gəlib, bu kriptovalyuta Tramp ailəsinə təxminən 550 milyon dollar qazandırıb.
Bundan başqa, şirkətin buraxdığı USD1 adlı steyblkoinin satış həcmi 2,71 milyard dolları ötüb.
FT qeyd edir ki, bu rəqəmlərə yalnız reallaşmış (nağdlaşdırılmış) gəlirlər daxildir.