Modern.az

Rusiyada əsgər yoldaşlarına atəş açdı - Ölən və yaralananlar var

Rusiyada əsgər yoldaşlarına atəş açdı - Ölən və yaralananlar var

Dünya

17 Oktyabr 2025, 10:44

Moskva vilayətinin Naro-Fominski rayonundakı hərbi hissədə çağırışçı əsgər öz əsgər yoldaşlarına atəş açıb.

Modern.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə nəticəsində azı 3 nəfər yaralanıb, onlardan ikisini xilas etmək mümkün olmayıb. Daha bir əsgər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Yaralılardan biri anası ilə əlaqə saxlayıb və atışma barədə məlumat verib. Qadın dərhal hərbi hissəyə həkimləri və polisi çağırıb.

İnsidentin mümkün motivləri açıqlanmır. Bu məlumat rəsmi təsdiq olunmayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada azərbaycanlılara HÜCUMLAR - Kreml yenidən diş qıcayır