Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubionun Budapeştdə görüşü baş tuta bilər.
Modern.az xəbər verir ki, "Financial Times" nəşrinin yazdığına görə, görüş 30 oktyabrda keçirilə bilər.
Görüş Vladimir Putinlə Donald Tramp arasında gözlənilən sammitdən öncə baş tutacaq.
Məlumata görə, Macarıstanın paytaxtında Rusiya və ABŞ prezidentlərinin danışıqları planlaşdırılır. Sammitin məqsədi Ukrayna müharibəsinin başa çatdırılması üçün diplomatik yol axtarışıdır.
Lavrov və Rubio 20 oktyabrda telefonla danışaraq sammitə hazırlıq məsələlərini müzakirə ediblər. Rusiya XİN rəhbəri bildirib ki, tərəflər danışıqların formatı və gündəliyini razılaşdırmağa çalışırlar. Rusiya XİN-in rəsmisi Sergey Ryabkov əlavə edib ki, yaxın günlərdə nazirlər arasında daha bir telefon danışığı mümkündür.
Qəzet həmçinin yazır ki, Macarıstanın baş naziri Viktor Orbán Putin və Tramp sammiti öncəsi öz planlarını təqdim edəcək.