Modern.az

Rusiya ötən gecə Ukraynanın 33 PUA-sını vurub

Rusiya ötən gecə Ukraynanın 33 PUA-sını vurub

Dünya

22 Oktyabr 2025, 11:40

Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Rusiya bölgələri üzərində Ukraynanın 33 pilotsuz təyyarəsini vurub.

Modern.az xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

“Ötən gecə növbətçi hava hücumundan müdafiə qüvvələri Ukraynaya məxsus 33 pilotsuz təyyarəni ələ keçirib və ya məhv edib.

Onlardan 8-i Bryansk vilayəti, 4-ü Azov dənizi, 4-ü Leninqrad vilayəti, 3-ü Krım Respublikası, 3-ü Rostov vilayəti, 3-ü Pskov vilayəti, 3-ü Qara dəniz, 2-si Novqorod vilayəti, 1-i Oryol vilayəti, 1-i Tver vilayəti, 1-i Tula vilayəti üzərində məhv edilib”, - rəsmi məlumatda bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mehdiyev üsyan bayrağı qaldırdı - Çöldəki agentləri hərəkətə keçdi