Modern.az

O, KQB agentitidir - Paşinyandan SƏRT İTTİHAM

O, KQB agentitidir - Paşinyandan SƏRT İTTİHAM

Dünya

22 Oktyabr 2025, 23:17

Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregini (dünyəvi adı Ktriç Nersisyan) sərt tənqid edib.

Modern.az-ın məlumatına görə, o bildirib ki, Qaregin əslində ruhanilik statusunu çoxdan itirib və “patriarx taxtını ələ keçirib”.

Paşinyanın sözlərinə görə, Qaregin subaylıq andını pozduğu üçün artıq kilsə nümayəndəsi sayılmır:

“O, çoxdan ruhani deyil. Mən Erməni Apostol Kilsəsinin mömin ardıcılı kimi bəyan edirəm: bu şəxs andını pozub, ailə qurub, övlad sahibidir və kilsə taxtını mənimsəyib.”

Baş nazir, həmçinin katolikosun qardaşı, arxiyepiskop Ezrası “KQB agenti” adlandırıb və kilsəni bu şəxslərdən “azad etməyə” and içib:

“Mən həyatımı qurban verməyə hazıram ki, kilsəmizi onlardan xilas edim.”

Whatsapp
Bizə yazın!
Keçid et
GƏRGİNLİK ARTDI! Rusiyada ara qarışdı - Dağıstan vuruldu!