Modern.az

“Qarabağ”-“Ayntraxt” oyunu bu telekanalda yayımlanacaq

“Qarabağ”-“Ayntraxt” oyunu bu telekanalda yayımlanacaq

İdman

21 Yanvar 2026, 11:52

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində yeddinci oyununa çıxacaq.

Modern.az xəbər verir ki, komandamız Almaniyanın “Ayntraxt” klubunu qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlanacaq.

İsveçrədən olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

21 yanvar

“Qarabağ” (Azərbaycan) – “Ayntraxt” (Almaniya)

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 21:45

Baş hakim: Sandro Şarer

Baş hakimin köməkçiləri: Stefan De Almeyda, Yonas Erni

Dördüncü hakim: Yohannes von Mandaç

VAR: Fedayi San

AVAR: Lukas Fandrix

(Hakimlər briqadası İsveçrədəndir)

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin 100 minlik MUZDLU GÖNDƏRİR: Ermənistanda qan töküləcək