Modern.az

Tramp: Si Cinpin Putinə təsir göstərə bilər

Tramp: Si Cinpin Putinə təsir göstərə bilər

Dünya

23 Oktyabr 2025, 10:47

 ABŞ prezidenti Donald Tramp Çin lideri Si Cinpinlə gözlənilən görüşdə Ukraynadakı müharibəni müzakirə edəcək.

Modern.az xəbər verir ki, bu barədə prezident Donald Tramp özü bildirib.

"Mən onunla Rusiyanın Ukrayna ilə müharibəsini necə bitirə biləcəyimizi danışacağam, istər neft, istər enerji, istərsə də başqa bir şey. Və düşünürəm ki, o, çox anlayışlı olacaq", - o deyib.

Tramp, həmçinin Çin liderinin bu məsələdə Rusiya lideri Vladimir Putinə təsir edə biləcəyinə inandığını bildirib:

"Düşünürəm ki, o, Putinə çox təsir edə bilər. Düşünürəm ki, o, bir çox insana çox təsir edə bilər. Baxın, o, hörmətli insandır".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Kəramət Böyükçöllə müxalifətin Mehdiyev savaşı - Nə baş verir?