London polisi Rusiya kəşfiyyat xidmətlərinə kömək etməkdə şübhəli bilinən üç nəfəri həbs edib,
Modern.az xəbər verir ki, bu barədə Şotland Yard polisi məlumat yayıb.
“Bu gün Londonun qərbində və mərkəzində 48, 45 və 44 yaşlı üç kişi həbs edilib. Axtarışlar Londonun qərbində yerləşən yerlərdə və başqa bir ünvanda aparılır.
Hər üç şəxs 2023-cü il Milli Təhlükəsizlik Aktının 3-cü hissəsinin pozulmasında xarici kəşfiyyat xidmətinə kömək etməkdə şübhəli bilinərək həbs edilib və Londonda polis bölməsinə aparılıb. İddia edilən cinayətlərin mənşə ölkəsi Rusiyadır”, - məlumatda deyilir.
Polisin terrorla mübarizə şöbəsinin rəhbəri Dominik Merfi qeyd edib ki, hüquq-mühafizə orqanları xarici kəşfiyyat orqanları tərəfindən işə götürülən vasitəçilərin sayında artım qeydə alır.